Dünya

Ərdoğan və Rəisi 10 saziş imzaladı

25 Yanvar 2024 23:09
Baxış: 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Prezidenti İbrahim Rəisinin Ankaraya səfəri zamanı Türkiyə ilə ticarət-iqtisadi əlaqələrin inkişafı məqsədi ilə əməkdaşlığa dair on sənəd imzalanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Əməkdaşlıq sazişləri dəmir yolları, energetika, birgə kommersiya zonaları və kommunikasiyalar kimi müxtəlif sahələri əhatə edir.

Rəisi və Ərdoğan regional məsələləri, xüsusilə də Qəzzada müharibənin nəticələrini, həmçinin ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün atılacaq addımları müzakirə ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.