Dünya

Bu ölkə eynicinslilərin evliliyinə icazə verməyi planlaşdırır

27 Yanvar 2024 16:00
Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstan hökuməti yaxın vaxtlarda eynicinsli cütlüklərin nikahına dair qanun layihəsini parlamentə təqdim edəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin baş naziri Kiriakos Mitsotakis Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vətəndaş nikahında bərabərlik haqqında qanun layihəsi bütün vətəndaşlar üçün bərabərliyə nail olmağa yönəlmiş mühüm addımdır.

"Bu, ilk növbədə artıq eyni cinsli valideynlərlə yaşayan uşaqları qorumaq məqsədi daşıyır. Bu uşaqlar bütün digər uşaqlar kimi hüquqlara malik olmalıdırlar", - deyə o vurğulayıb.

Eynicinsli cütlüklərin nikahına dair qanun layihəsi fevralın birinci yarısında qəbul ediləcəyi gözləntiləri ilə yaxın günlərdə parlamentə təqdim olunacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.