Dünya

Türkiyə çimərliklərində tapılan meyitlərlə bağlı açıqlama...

23 Yanvar 2024 00:24
Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Türkiyənin çimərliklərində tapılan meyitlərin şəxsiyyətini müəyyənləşdirmək üçün səylərin davam etdiyini və onlardan biri istisna olmaqla, hamısının qeyri-qanuni miqrant ola biləcəyini söyləyib.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində yazıb.

Yerliqaya bildirib ki, meyitlərdən biri iki həftə əvvəl itkin düşən tələbə Merve Almasa aid ola bilər, lakin bu, DNT analizinin nəticələri ortaya çıxandan sonra məlum olacaq.

Nazirin sözlərinə görə, qalan meyitlər, çox güman ki, dekabrda Kiprə doğru hərəkət edərkən qəzaya uğrayan 90 qeyri-qanuni miqrantın olduğu qayığın sərnişinlərinə aiddir.

Qeyd edək ki, ötən həftədən bəri Antalya vilayətində çimərliklərdə ən azı 8 meyit tapılıb, daha bir meyit isə Muğla vilayətinin sahillərində sular altında qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.