Dünya

Əfqanıstandakı qəzada sağ qalanların ilk görüntüləri - VİDEO

22 Yanvar 2024 12:46
Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda "Falcon 10" təyyarəsinin qəzaya uğramasından sonra sağ qalanların görüntüləri yayılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, həmin şəxslərin fotosunu və təyyarənin qəzadan sonrakı vəziyyətini Əfqanıstanın "Hurriyat" radiosu paylaşıb. 

"Shot" teleqram kanalının məlumatına görə isə, kadlarda yer alan şəxslər pilotlar Dmitri Belyakov və Arkadiy Qraçev, eləcə də həkim Pavel Popovdur. Onların üzlərində yara izləri olsa da, ciddi travma almadıqları qeyd olunub. Təyyarənin göyərtəsində olan digər həkim İqor Sıvorotkinin də vəziyyətinin yaxşı olduğu bildirilir. 

"Mash" teleqram kanalı isə Rusiya helikopterinin onları təxliyyə etmək üçün yola düşdüyünü yazıb. Həkimlər yaralıları ilk olaraq tibbi yardım üçün Əfqanıstanın paytaxtı Kabilə, daha sonra isə oradan Moskvaya aparacaq. 

Xatırladaq ki, "Falcon 10" yanvarın 21-i Əfqanıstan dağlarında qəzaya uğrayıb. Tailanddan Moskvaya uçan bu təyyarənin göyərtəsində 6 nəfər - 2 pilot, 2 həkim və 1 evli cütlük olub. Qəza nəticəsində sözügedən cütlük - Volqodonsk şəhərində tanınmış iş adamı Anatoli Yevsyukov və həyat yoldaşı həlak olub. Qadın Tailanddan Moskvaya xəstəxanaya gətirilirmiş.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.