Dünya

Yeni aldıqları evdə dondurucunu açanda dəhşət yaşadılar - çantadan...

22 Yanvar 2024 09:21
Baxış: 1 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Kolorado ştatında dəhşət yaşanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Post" yazır .

Qrand Junctiondan olan bir ailə 12 yanvar tarixində yeni aldıqları evdə əvvəlki ev sahiblərindən qalan lazımsız əşyaları satmaq üçün əmlakı təmizləyiblər. Bunlardan biri də evin həyətində dayanan dondurucu olub.

"Onlar onu qablaşdırmaq üçün təmizləyiblər və içərisində qara çanta görüblər. Çantanı açıblar, oradan insan başı düşüb", - ailənin qonşusu deyir.

Ətrafdakı evlərin sakinləri də evdə yaşlı qadının oğlunun yaşadığını bildiriblər. Onlar binanın satışı ilə bağlı sövdələşmənin bağlandığı gün köçüblər.

Polis araşdırmaya başlayıb və hələlik hadisənin təfərrüatlarını açıqlamayıb. Yerli şerif ofisi ərazidəki digər sakinlər üçün təhlükə olmadığını bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.