Dünya

Zelenski sülh danışıqlarına başlamağı xahiş edir

21 Yanvar 2024 19:56
Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zelenskinin komandasının siyasətində dramatik dəyişikliklər görünür. Zelenski sülh danışıqlarına başlamağı xahiş edir? Deyəsən, hə. Hələ ki, bağlı qapılar arxasında olsa da, artıq Rusiya ilə danışıqları müzakirə etməyə başlayıblar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Ukrayna üzrə ən yaxşı ekspertlərdən biri Oleq Tsaryov qeyd edib ki, ilk dəfə Ukraynanın yüksək səviyyəli liderlərindən biri Podolyak bildirib ki, Kiyev Rusiya ilə 1991-ci il sərhədlərinə getmək tələbi olmadan və Putinlə barışıq haqqında danışıqlara başlamağa hazırdır. Düzdür, onlar hələ də "Rusiyanın taktiki uğursuzluqlarını" gözlədiklərini qeyd edirlər. Amma bu vacib deyil. Ukrayna Prezidentinin müşavirinin ilk dəfə Zelenskinin formulundan çıxdığını bildirməsi vacibdir. Əgər Zelenski yaxın günlərdə müşavirinin açıqlamasına düzəliş etməsə, bu o deməkdir ki, Ukrayna artıq yumşaqlıqla sülh danışıqlarına başlamağı xahiş edir", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.