Dünya

Senator ermənipərəst Menendezə meydan oxudu

21 Yanvar 2024 01:40
Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Pensilvaniya ştatından olan senator Con Fetterman korrupsiya ilə bağlı ciddi ittihamlara məruz qalan Nyu Cersidən olan ermənipərəst qanunverici Bob Menendezi yenidən tənqid edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Fetterman senator Bob Menendezə meydan oxuduğunu bildirib:

"Təbii ki, onun mühakimə olunmaq hüququ var. Amma onun senator olmağa haqqı yoxdur".

Qeyd olunur ki, Fetterman Menendezi istefaya çağıran ilk şəxs olub və Nyu Cersi millət vəkilinin ən açıq tənqidçisinə çevrilib:

"Bu əclafı çoxdan qovmalıydıq. İndi biz bu qətnaməni müzakirə etmək istəyirik və mən yekdilliklə təsdiq olunmasını xahiş edəcəyəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.