Dünya

22 yaşlı gözəllik kraliçası cinayətkar çıxdı - FOTOlar

20 Yanvar 2024 14:20
Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boliviyada iki dəfə gözəllik kraliçası seçilən Alondra Merkado Kampos silah qaçaqmalçılığına görə həbs edilib. 22 yaşlı gözəllik kraliçasının evində çoxlu sayda silah və sursat ələ keçirilib. Polisin Kamposun daha təhlükəli olduğuna dair bəzi şübhələri var.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, polis Kamposun cinayətkar dəstənin üzvü olduğunu bildirib.

Qeyd edək ki, Alondra MC kimi də tanınan Alondra Merkado Kampos "Miss Boliviya Mundo 2020" və "Miss Charm Boliviya 2023" seçilib. Polis Kampos və sevgilisinin evinə basqın edib. Evdə 100-dən çox AK-47 silahı və sursat aşkarlanıb. Silah qaçaqmalçısı olduğu müəyyən edilən Alondra Merkado Kampos qaçmağı bacarıb.

Axtarış qərarı çıxarılan gözəllik kraliçası nəhayət tutularaq Beni şəhərindəki Trinidad qadın həbsxanasına göndərilib. Kamposun məhkəməyə çıxana qədər 1 ay həbsdə qalacağı bildirilib.

Kamposun sevgilisinin isə təkcə silah qaçaqmalçılığı ilə deyil, həm də narkotik ticarəti ilə məşğul olduğu güman edilir. Əslində, gözəllik kraliçasının da bu cinayətdə əli olduğu və onun narkotik alverinə görə də mühakimə olunacağı bildirilir.

İstintaq keçmiş gözəllik kraliçasının narkotik alveri ilə məşğul olan sevgilisinin rəhbərlik etdiyi cinayət təşkilatı ilə əlaqəsi olduğunu sübut edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.