Dünya

Azərbaycanlı aeroportda 10 milyonluq qızılla tutuldu

18 Yanvar 2024 21:32
Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın "Domodedovo" hava limanının gömrükçüləri Azərbaycan vətəndaşını üzərində on milyon rubl (təxminən 190 min manat) dəyərində markalı qızıl-zinət əşyaları ilə saxlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Federal Gömrük Xidmətindən bildirilib.

Məlumata əsasən, Bakıdan uçan 35 yaşlı əcnəbi gömrük rüsumunu ödəmədən Rusiyaya 2,4 milyon rubl (təxminən 45 min 600 manat) dəyərində qızıl-zinət əşyaları gətirmək istəsə də, yaxalanıb. Müfəttişlər onun bel çantasında "Bvlgari" saatı, "Qrisogono" üzüyü və brilyant, beril, eləcə də korund əlavələri olan qızıldan hazırlanmış "Graff "sırğaları aşkar ediblər.

Federal Gömrük Xidməti bildirib ki, həmin şəxsin yanında mavi sapfir sertifikatı olub, lakin qiymətli daşın özü yoxdur. Məlum olub ki, o, qızıl üzükdə bərkidilib. Qaçaqmalçını 7 ilə qədər həbs cəzası gözlədiyi ehtimal edilir.//lent.az

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.