Dünya

Pakistan XİN başçısı: “İranın zərbəsinə cavab vermək hüququnu özümüzdə saxlayırıq”

18 Yanvar 2024 00:15
Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi İslamabad İranın Pakistan ərazisinə hərbi hücumuna cavab vermək hüququnu özündə saxlayır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığında deyib.

Pakistanın bu hücumu qeyd-şərtsiz pislədiyini bildirən XİN rəhbəri insidentin ölkələr arasında ikitərəfli münasibətlərə ciddi ziyan vurduğunu əlavə edib. Nazir qeyd edib ki, Pakistan bu təxribatçı hərəkətlərə cavab vermək hüququnu özündə saxlayır.

Qeyd edək ki, yanvarın 17-də İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Pakistana dron və raketlərlə zərbələr endirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.