Dünya

Kürd milyarder SEPAH-ın hücumlarında öldürüldü - VİDEO - FOTO

16 Yanvar 2024 08:58
Baxış: 1 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mossad-la əlaqəsi olan kürd milyarder SEPAH-ın hücumlarında öldürülüb.

Milli.Az "Telegram" kanallarına istinadən xəbər verir ki, ötən gecə İraq Kürdüstanının Ərbil şəhərində SEPAH tərəfindən həyata keçirilən hücumlar nəticəsində kürd iş adamı Peşrav Dzeyi və onun 4 ailə üzvü həlak olub.

Dzeyi "Empire" i "Falcon Group" şirkətlərinin sahibi idi.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) TG kanalı bildirib ki, Dzeyi İsrailin xarici kəşfiyyat xidməti Mossad ilə əlaqəli olub və İraq Kürdüstanından İsrailə neft nəqlinə cavabdeh olub.

Onun həm də İraq Kürdüstanının rəhbərliyi ilə, ilk növbədə Bərzani ailəsi ilə sıx əlaqədə olduğu qeyd edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.