Dünya

Sunak zərbələrə razılıq verdi – Türkiyə və Rusiya narazıdır

12 Yanvar 2024 21:58
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın hind əsilli Baş naziri Rişi Sunak gün ərzində iki əhəmiyyətli addım atıb. Onun birinci addımı Ukrayna Prezidenti Vladimir Zelenski ilə təhlükəsizlik sahəsində ikitərəfli hərbi əməkdaşlıq sazişi imzalamasıdır.

Milli.Az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, London Kiyevlə hərbi əməkdaşlığı gücləndirməyə qərar verib:

"Bu qərar Kremlin narahatlığına səbəb olub. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, əgər Böyük Britaniya Ukraynada hərbi baza yaradarsa, bu, Londonun Rusiyaya qarşı müharibə elan etməsi olacaq. Rişi Sunak Kremlin hədəsindən ehtiyat etsəydi, Kiyevlə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa qərar verməzdi. London Ukraynanın Rusiyaya qarşı müqavimətini davam etdirməsini istəyir.

Rişi Sunakın ikinci addımı ABŞ-la birgə Yəməndə husilərin mövqelərinə raket zərbəsi endirməsinə razılıq verməsidir. Bu, Rusiya ilə yanaşı, Türkiyənin də narazılığına səbəb olub.

Husilərin mövqelərinin raketlərlə vurulacağı gözlənilən idi. Çünki husilər Qırmız dənizdə üzən ticarət gəmilərinə hücum əməliyyatlarından imtina etməyiblər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.