Dünya

ABŞ bu hücumla Ərəbistanı təhqir etdi - Markov

12 Yanvar 2024 12:37
Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Yəmənə indiki zərbəsi Səudiyyə Ərəbistanına təhqirdir. Axı Səudiyyə Ərəbistanı uzun illərdir Yəməndə husilərə qarşı intensiv hərbi əməliyyatlar aparır və dəfələrlə ABŞ-ı husilərə zərbələrə qoşulmağa çağırıb. Vaşinqton isə həmişə bu çağırışdan imtina edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Amma təxminən bir il əvvəl krallıq husilərlə barışıq elan etdi və daimi sülh formulu tapmaq üçün danışıqlar gedir. Lakin husilər İsrailə toxunan kimi ABŞ bir neçə həftə ərzində işə qarışdı. Beləliklə, onların regionda əsl müttəfiqinin yalnız İsrail olduğunu, hələ də ərəblərə imperialistlərin və irqçilərin təkəbbürü ilə yanaşdıqlarını göstərdilər. Ərəblərdən istifadə edirlər, dostluq etmirlər. Bu, Səudiyyə Ərəbistanı və BƏƏ-nin heç də xoşuna gəlməyəcək. Mövcud hadisə krallıqla Rusiya arasında münasibətləri daha da gücləndirəcək. Bəli, Səudiyyə Ərəbistanı husilərə zərbə endirmək üçün ABŞ hərbi təyyarələrini hava məkanını ilə təmin etdi​. Lakin ərəblər ABŞ-ın bu zərbələrini təhqiredici və son dərəcə gecikmiş zərbə kimi qəbul edir", - o bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.