Dünya

İlk dəfə yadplanetlilərə Yer kürəsini ziyarət etmək üçün dəvət göndərilib

11 Yanvar 2024 08:13
Baxış: 1 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da Kentukki ştatının Leksinqton şəhərindən olan bir qrup alim və dilçi planetimizi, xüsusən də Leksinqtona səfər etmək çağırışı ilə kosmosa siqnal göndərib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Space.com" portalı məlumat yayıb.

Məlumatda Kentukki ştatının dağlıq mənzərəsinin kodlaşdırılmış təsviri, insan fiqurları və atlar, həmçinin su, etil spirti və xoşbəxtlik hormonu dopamin molekullarının diaqramları var.

Siqnal Yerdən 40 işıq ili və ya 378 trilyon kilometr məsafədə yerləşən TRAPPIST-1 ulduz sisteminə infraqırmızı lazer vasitəsilə göndərilib.

Mütəxəssislər bilərəkdən TRAPPIST-1-i seçiblər. Çünki onun tərkibində çoxlu sayda potensial yaşayış olan planet var. Çağırış 2063-cü ilə qədər təyinat yerinə çatacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.