Dünya

Ekvadorda cinayətkar dəstənin 329 üzvü saxlanıb, daha 5 nəfər öldürülüb

11 Yanvar 2024 08:12
Baxış: 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekvador hərbçiləri və polis əməkdaşları ölkədə silahlı iğtişaşların başlanmasından sonra cinayətkar dəstənin 329 üzvünü saxlayıb, daha 5 nəfəri öldürüblər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu ölkənin silahlı qüvvələrinin birgə komandanlığının rəhbəri Xayme Vela Eraso deyib.

Onun sözlərinə görə, əməliyyatlar nəticəsində 61 müxtəlif çaplı silah, 418 patron, 24 partlayıcı qurğu ələ keçirilib, 41 nəfər əsirlikdən xilas edilib.

Komandanlıq rəisi qeyd edib ki, üç silahlı cinayətkar qrupla toqquşmadan sonra təhlükəsizlik qüvvələri qaçan 28 məhbusu həbsxanaya qaytarıb.

Vela Eraso əlavə edib ki, iğtişaşların baş verdiyi həbsxanalarda ölən girovlar olmayıb. Rəsmilərin bildirdiyinə görə, Ekvador həbsxanalarında azı 139 nəfər silahlı dəstə üzvləri tərəfindən girov saxlanılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.