Dünya

Çin və Rusiya Amerikanın kosmosda hərbi imkanlarını zəiflətməyə çalışır

11 Yanvar 2024 07:20
Baxış: 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin və Rusiya Amerikanın hərbi imkanlarını zəiflətmək məqsədilə kosmosda GPS və digər sistemlərə qarşı istifadə oluna bilən imkanlar tətbiq edirlər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Koloradoda çıxış edən ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks deyib.

Onun sözlərinə görə, bu gün kosmos hərbi əməliyyatların ayrılmaz hissəsidir: "Rəqiblərimiz də bunu bilirlər. Onlar Amerikanın həyat tərzini, ABŞ-ın kosmosdakı gücündən nə dərəcədə asılı olduğunu anlayır və bu sahədə bizim üstünlüyümüzü pozmaq istəyirlər.

Bu məqsədlə Çin sürətlə kosmos və əks-kosmos imkanlarını artırır və onları ABŞ qüvvələrinə meydan oxumaq üçün daha geniş strategiyaya inteqrasiya edir. Buna görə də Rusiya ABŞ və onun müttəfiqləri və tərəfdaşlarının maraqlarını pozmaq cəhdinin bir hissəsi kimi əks-kosmik təhdidlərə əl atıb".

ABŞ müdafiə nazirinin müavini əlavə edib ki, Rusiya və Çin hərbi doktrinalarını daha çox kosmosa yönəltmək üçün təkmilləşdirirlər:

"Onlar kosmosda GPS və digər həyati vacib sistemlərə qarşı istifadə edilə bilən imkanları tətbiq edirlər. Və biz hər iki ölkənin kosmosda üstünlüklərimizi azaltmaq üçün bizə və müttəfiqlərimizə qarşı əməliyyatlar apardığını gördük".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.