Dünya

Blinken: ABŞ və regional müttəfiqlər Yaxın Şərqdə münaqişənin gərginləşməsini istəmirlər

11 Yanvar 2024 06:18
Baxış: 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ və onun regional tərəfdaşları Yaxın Şərqdə münaqişənin genişlənməsinə imkan vermək istəmir".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken MSNBC telekanalına müsahibəsində bildirib.

"Müharibənin genişlənməsinə imkan verməmək, yeni cəbhələrin açılmasını və ya eskalasiyanı görməməkdə qərarlıyıq. Bu səfərdə getdiyim hər ölkədən eşitdiklərim bu idi. Biz Türkiyədə, Yunanıstanda, İordaniyada, Qətərdə, BƏƏ-də, Səudiyyə Ərəbistanında idik və İsrail də daxil olmaqla hamının ortaq marağı var - gərginliyin qarşısını almaq", - o, deyib.

Blinken qeyd edib ki, Vaşinqton bu münaqişənin tez bir zamanda bitməsini istəyir:

"Biz anklavın şimalında əməliyyatın tədricən dayandırıldığını görürük. Qəzzada, xüsusilə də yenə şimalda çox şey əldə etdikləri İsrail qüvvələrinin əhəmiyyətli bir hissəsinin geri çəkildiyini gördük".

Diplomat əlavə edib ki, İsrail Qəzza zolağında fələstinlilərə effektiv kömək edə biləcək yeganə təşkilat olduğu üçün BMT ilə əməkdaşlıq etməlidir.

ABŞ dövlət katibi yanvarın 4-dən 11-dək Yaxın Şərq və qonşu ölkələrə turnedədir. O, artıq Yunanıstan, İsrail, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyədə olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.