Dünya

“İnqilab” və kapitulyasiya təsadüfi deyildi - Danielyan

10 Yanvar 2024 21:32
Baxış: 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan ictimaiyyəti yönünü itirmiş və deqradasiyaya uğramış vəziyyətdədir. Bu deqradasiya artıq mənfi nəticələrə gətirib çıxarıb və sözügedən proses davam edərsə, daha da dərinləşəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

"Cəmiyyət yönünü itirib, siyasi sistem mahiyyət etibarilə dağılıb, vətəndaşlarda həm dövlət institutlarına, həm də bütövlükdə siyasi sistemə inamsızlıq yaranıb. İctimai diskurs müxalifətin formalaşması, xalqı birləşdirib liderlik edə biləcək güclü və bacarıqlı liderin meydana çıxması çağırışları istiqamətinə yönəlib. Bəziləri bu rolda kilsəni görürlər. Ancaq bu söhbətlər heç yerə aparmır və milli qüvvələri formalaşdırmır", - o bildirib.

Danielyan qeyd edir ki, bu gün çoxlarının qorxusu var ki, indiki hökumət xarici qüvvələrin göstərişi ilə milli kimliyi parçalamağa çalışır:

"Kilsəyə güzəştə gedir, yeni dərsliklər nəşr edir, erməni milli rəmzlərini şübhə altına alır".

O əmindir ki, "məxməri inqilab" və müharibədəki məğlubiyyət təsadüfi deyil, kənardan planlaşdırılmış bir proqram idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.