Dünya

Litva 3 il ərzində ordunu kəşfiyyat PUA-ları ilə tam təchiz etmək istəyir

10 Yanvar 2024 08:16
Baxış: 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üç il ərzində Litva ordusu geniş spektrli kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları (PUA) ilə tam təchiz olunacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Litva Silahlı Qüvvələri Baş Qərargahının Planlaşdırma şöbəsinin rəisi, polkovnik Rolandas Qreybus məlumat verib.

"Yaxın üç il ərzində ordunun bütün bölmələrini bu effektiv kəşfiyyat vasitələri ilə təchiz edilməsi problemini həll edəcəyik. Çəkisi 15 kiloqramdan 150 kiloqrama qədər olan PUA-ların satınalma prosedurları başa çatmaq üzrədir. Növbəti mərhələ 2 kiloqramdan 15 kiloqrama qədər olan cihazların alınmasıdır", - deyə polkovnik vurğulayıb.

Litva hərbi pilotsuz təyyarələrin arsenalının hazırlanmasına hər il 30 milyon avro ayırmaq niyyətindədir. Ötən ilin dekabrında Vilnüs ABŞ-dan "Switchblade" döyüş pilotsuz təyyarələrinin tədarükü üçün müqavilə imzalayıb. İlk partiya bu il Litvaya çatmalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.