Dünya

Maduro mübahisəli ərazini 24-cü ştat kimi tanıdı

9 Yanvar 2024 14:00
Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuela Prezidenti Nikolas Maduro Qayana Kooperativ Respublikası ilə mübahisəli olan ərazilərdə ölkəsinin tarixi hüquqlarını təsdiqləyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Maduro çıxşında bildirib.

Maduro bildirib ki, mübahisəli Qayana-Essekibo bölgəsinin ölkənin 24-cü ştatı olaraq təsdiq edilməsini nəzərdə tutan qanun layihəsinə parlamentdə baxılması üçün sənəd imzalayıb:

"Öz qanunvericilik planına Qayana-Essekibo Qanununu nəhayət təsdiqləmək qərarını daxil etdiyi üçün Venesuela Milli Assambleyasını alqışlayıram və mən çox məmnunam".

Maduro Qayana hökumətini tənqid edib və bildirib ki, özlərini qrinqoların (ABŞ nəzərdə tutulur - red.) idarəçiliyi altındakı Britaniya müstəmləkəsi kimi aparırlar:

"Venesuela haqqında, Amerikanın böyük xilaskarlarını verən insanlar haqqında yanılmayın. Bolivar xalqı Amerikada tarix yazan mübariz xalqdır. Biz özümüzə aid olanı necə qoruyacağımızı bilirik".

Qeyd edək ki, Venesuela ilə Qayana arasında Essekibo çayının qərbindəki Qayana-Essekibo adlanan ərazinin mülkiyyəti ilə bağlı mübahisə 100 ildən artıqdır ki, davam edir. Münaqişə 2015-ci ildə 10 milyard barrellik neft yataqların aşkarlanması və Qayananın "ExxonMobil"ə sərhədləri müəyyən edilməmiş ərazidə neft konsessiyası verməsi səbəbindən kəskinləşib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.