Dünya

ABŞ-da tamamilə robotlaşdırılmış restoran açılacaq

9 Yanvar 2024 07:53
Baxış: 452
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2024-cü ilin əvvəlində Kaliforniyada dünyada ilk dəfə olaraq tamamilə robotlaşdırılmış restoran açılacaq. Bütün istehsal prosesləri süni intellekt tərəfindən idarə olunacaq. Belə bir restoran açmaq ideyası eyni zamanda Amerikanın "Cali Group", "Miso Robotics" və "PopID" şirkətlərinə məxsusdur. "Cali Group" müasir texnologiyaların restoran və pərakəndə biznes sahəsinə tətbiqi üzrə ixtisaslaşıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, "PopID" şirkəti biometrikdən istifadə edərək təmassız ödəniş üçün həllər təklif edir.

Restoran "CaliExpress by Flippy" adlandırılacaq və ABŞ-ın Kaliforniya ştatındakı Pasadena şəhərinin mərkəzində yerləşəcək. Restoran Amerikanın ənənəvi fastfudun hazırlanmasında ixtisaslaşacaq - menyuya hələ ki, üç növ burger, kartof fri və salat daxil olunub. Onların hazırlanması üçün "Flippy" istehsalı olan bir neçə tamamilə robotlaşdırılmış qril stansiyası quraşdırılacaq.

Robot şef komandası xüsusi yazılmış proqram təminatı tərəfindən idarə olunacaq. Özünəxidmət köşkləri vasitəsilə sifariş vermək mümkün olacaq. Bunun üçün əvvəlcədən PopID hesabını yaratmaq lazım gələcək. Sifariş verildiyi zaman köşk müştərilərin əvvəlki səfərlər tarixçəsinə əsasən tövsiyələr verəcək. Daha sonra müştəri yeməyin hazırlanması prosesini müşahidə edə biləcək. Bunun üçün mətbəxin divarları şəffaf şüşədən hazırlanacaq.

Eyni zamanda restoranın yaradıcıları etiraf edirlər ki, tamamilə insanın iştirakı olmadan bütün bunları reallaşdırmaq mümkünsüzdür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.