Dünya

Aİ Şurasının prezidenti Avropa Parlamentinə seçkilərə qədər istefa verməyəcək

8 Yanvar 2024 06:44
Baxış: 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentinə seçkilərə qədər tutduğu vəzifədən istefa verməyəcək, o, öz funksiyalarını seçkilərə hazırlıqla birləşdirəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "TASS" mənbəyə istinadən məlumat yayıb.

Aİ rəhbərinin səlahiyyətləri planlaşdırılandan beş ay əvvəl Mişelin varisinə veriləcək. Bu, 2024-cü ilin iyununda baş verəcək.

Mənbə vurğulayıb ki, Mişel hazırkı səlahiyyətləri başa çatmamış Avropa Parlamentinə seçkilərdə namizədliyinin irəli sürülməsinin Avropa İttifaqını zəiflətməyəcəyinə əminliyini ifadə edib. Mənbə bildirib ki, seçkilərdə iştirak onun demokratik legitimliyini yalnız gücləndirəcək.

Bundan əvvəl məlum olub ki, qurumun rəhbəri Şarl Mişel istefa verdikdən sonra Avropa Şurasına sədrlik müvəqqəti olaraq Macarıstanın baş naziri Viktor Orbana keçə bilər, çünki bu ölkə 2024-cü ilin iyulundan dekabr ayına kimi Avropa Şurasına sədrlik edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.