Dünya

Mişel: Orban AB Şurasının sədri olmayacaq

8 Yanvar 2024 06:33
Baxış: 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstan Baş naziri Viktor Orban Avropa Şurasının hazırkı prezidenti Şarl Mişel istefa verəcəyi təqdirdə quruma rəhbərlik edə bilməyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə AB Şurasının Prezidenti Şarl Mişel özü danışıb.

"Açıq bildirmək istəyirəm ki, istənilən halda mənim varisimlə bağlı qərar iyunda verilməlidir və Avropa Parlamentinə keçidimlə bağlı qərar iyulda veriləcək. AB-nin başqa varis seçmək üçün kifayət qədər vaxtı var", - Mişel vurğulayıb.

O qeyd edib ki, Avropa Şurasının bu strukturun prezidenti kimi Viktor Orbandan qaçmaq üçün çox yolları var.

Xatırladaq ki, Şarl Mişelin vaxtından əvvəl istefa verərək Avropa Parlamenti sədrliyinə namizəd olacağını açıqlaması AB Şurası rəhbəri vəzifəsini Viktor Orbanın ilin sonuna qədər tuta biləcəyi ehtimalını gündəmə gətirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.