Dünya

HAMAS-ın dini liderinin nəvəsi Qəzzada öldürülüb

7 Yanvar 2024 16:31
Baxış: 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HAMAS-ın dini liderinin nəvəsi Qəzzada öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Vesti İsrael" Fələstin mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, 2004-cü ilin martında öldürülən HAMAS-ın qurucusu və ilk dini lideri Şeyx Əhməd Yasinin nəvəsi Əli Əbu-Aciyə İsrail ordusunun Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində ölüb.

Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu "Dəmir qılınclar" ("Iron swords") əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 93-cü gündür ki, davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.