Dünya

Ukrayna üçün vəziyyət çətinləşir: Qərbin dəstək üçün pulu qalmayıb

5 Yanvar 2024 17:45
Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ-nin artıq Ukraynaya hərbi və iqtisadi dəstək üçün pulu qalmayıb".

Milli.Az metbuat.az-a istinadla bildirir ki, bu açıqlamanı Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Amerika administrasiyasının nümayəndəsinin sözlərinə görə, bu yaxınlarda Prezident Co Bayden vəsaitlərin ayrılması üçün son sənədləri imzalayıb.

Qeyd edək ki, Vaşinqton dekabrın 27-də Ukraynaya 250 milyon dollar məbləğində son yardım paketini ayırıb. Birləşmiş Ştatlar hələ də Ukrayna üçün yeni vəsaitlə bağlı razılığa gəlməyib. Konqres Baydenin iddia etdiyi kimi, maliyyələşdirməni təsdiqləməsə, Ukraynaya silah tədarükünü davam etdirmək mümkün olmayacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.