Dünya

Kraliça taxtdan imtina edəcək

1 Yanvar 2024 09:39
Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka Kraliçası II Marqaret 52 illik hakimiyyətdən sonra 2024-cü il yanvarın 14-də taxtdan imtina edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə II Marqaretin kral sarayının saytında dərc olunmuş bəyanatında deyilir.

"Bu ilin fevralında əməliyyat oldum. Mənə qulluq edən həkimlərin sayəsində hər şey yaxşı keçdi. Bununla belə, əməliyyat gələcək haqqında düşünməyə əsas verdi - mənim üçün vaxtdırmı? 14 yanvar 2024-cü ildə taxt-tacı oğlum, şahzadə Frederikə ötürəcəyəm", - Kraliça deyib.

Qeyd edək ki, II Marqaretin hazırda 83 yaşı var. O, 1972-ci il yanvarın 15-də taxta çıxıb. Danimarka kraliçası SSRİ-yə səfər edən ilk Avropa monarxı olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.