Dünya

Britaniya Yəməndəki husilərə zərbə endirməyi nəzərdən keçirir

1 Yanvar 2024 08:27
Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şepps yəmənli husilərin Qırmızı dənizdə yük gəmilərinə hücumları ilə əlaqədar onlara qarşı hava zərbələri endirmək imkanını nəzərdən keçirir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" yazıb.

"Böyük Britaniya ABŞ ilə birlikdə Yəməndə husilərə qarşı potensial hərbi hücumlar planları hazırlayır ki, onların dünya ticarət yollarında xaosa səbəb olan gəmiçilik marşrutlarına hücumlarına qarşı mübarizə aparsınlar", - məlumatda deyilir.

Xüsusilə, Şeps ABŞ və İngiltərənin husilərə bazar ertəsi günü açıqlana biləcək misli görünməmiş ortaq bəyanat - "son şifahi xəbərdarlıq" hazırladığını bildirib.

Qeyd edilir ki, istənilən hücumun ABŞ tərəfindən idarə olunacağı ehtimalı var. Bu, husilərə qarşı cavabın böyük bir eskalasiyası olacaq və hazırda digər ölkələrin ABŞ və Böyük Britaniyaya qoşulması üçün danışıqlar aparılır.

Böyük Britaniya özü Kral Donanmasının "Lancaster" freqatını artıq orada olan "Diamond" esminesini dəstəkləmək üçün Qırmızı dənizə göndərə bilər.

"Husilər heç bir şübhə etməməlidir: biz qeyri-qanuni ələ keçirmə və hücumlara görə pis niyyətli şəxsləri məsuliyyətə cəlb etməyə sadiqik", - britaniyalı nazir deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.