Dünya

Putin Ukraynadan ağır qisas aldı

30 Dekabr 2023 10:50
Baxış: 1 393
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

29 dekabr 2023-cü ildə Rusiyanın Ukraynaya kütləvi PUA və raket hücumu 26 dekabrda Qara dəniz Donanmasına məxsus "Novoçerkassk" böyük desant gəmisinin məhv edilməsinə cavabdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu fikri Qərb ekspertləri səsləndiriblər.

Onların fikrincə, hər dəfə Rusiya Ukrayna tərəfdən gözlənilməz zərbə alanda buna Ukrayna şəhərlərinə dağıdıcı hücumla cavab verir.

Qeyd edək ki, 29 dekabrda Rusiya Ukraynanın iri şəhərlərinə kütləvi hücum həyata keçirib. BBC-nin məlumatına görə, Rusiya 36 "Şahid" PUA-sı və "Xəncər", S-300, qanadlı raket, X-101/X-505 də daxil olmaqla, 122 raketdən istifadə edib. Nəticədə ən azı 30 nəfər ölüb, 160 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir. Kiyev, Odessa, Dnepr, Zaporojye, Xarkov, Poltava, Sum və digər şəhərlərdə ciddi dağıntılar var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.