Dünya

Rusiya məktəblərində üçüncü növbədə tədris tamamilə ləğv edildi - Nazir AÇIQLADI

27 Dekabr 2023 22:06
Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya məktəblərində uşaqların üçüncü növbədə tədrisi tamamilə ləğv edilib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Sergey Kravtsov Dövlət Şurasının iclasında bildirib.

Qeyd edilir ki, Rusiyada 1179 yeni məktəb tikilib. Kravtsovun sözlərinə görə, bu nəticə rekord göstəricidir. Həmçinin ölkədə 3,5 mindən çox məktəb əsaslı təmir olunub.

"Məktəblərdə üçüncü növbə tamamilə ləğv edilib, rekord sayda - 1179 yeni məktəb açılıb. 3,5 mindən çox məktəb təmir olunub", - deyə Kravtsov bildirib.

Daha əvvəl təhsil naziri məlumat vermişdi ki, rusiyalı müəllimlər "Müəllim və mentor ili"ndə dövlətdən 53 milyard rubl məbləğində dəstək alıblar. Regionlarda ümumilikdə 470-dən çox dəstək tədbiri həyata keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.