Dünya

"Pul müharibənin gedişatını dəyişməyəcək" - Peskov

27 Dekabr 2023 18:21
Baxış: 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərbin Ukraynaya yardım üçün əlavə vəsait ayırması xüsusi əməliyyatın gedişatını dəyişməyəcək.

Milli.Az "Unikal"-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

"Bu pul xüsusi hərbi əməliyyatda hadisələrin gedişatını dəyişə bilməz ", - Peskov aydınlıq gətirib.

Həmçinin Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, avropalılar və amerikalılar indi anlamağa başlayıblar ki, Kiyevi dəstəkləmək üçün ayrılan pulun əhəmiyyətli hissəsi oğurlanır. 

"Buna baxmayaraq, Aİ öz iqtisadiyyatının acınacaqlı vəziyyətinə məhəl qoymadan Ukraynaya pul xərcləməkdə davam edir",- Peskov yekunlaşdırıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory