Dünya

Putin Ukraynaya Milad "sürpriz"i hazırlayır - General DANIŞDI

25 Dekabr 2023 20:30
Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya hücuma keçməyə qərar verərsə, Ukraynanın Milad bayramını məhv edə bilər".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin keçmiş rəhbəri, Avropa Parlamentinin üzvü və istefada olan general Riho Teras "ERR TV və Radio"ya bildirib.

O, "Ukraynanın gücü tükənmək üzrədir. Rusiyada da o qədər çox şey yoxdur, ancaq Milad hücumu üçün bu kifayət edə bilər" deyib.

Teras hesab edir ki, Moskva Ukraynaya hərbi təzyiqi əhəmiyyətli dərəcədə artırıb və qarşıda iki çox vacib həftə var. Onun fikrincə, əgər cəbhə dağılsa və Rusiya hansısa böyük məskunlaşma ərazisini tutsa, bu, bütün dünyaya pis siqnal olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.