Dünya

Rusiya ilə bir-birimizi niyə qırmalıyıq? - Arestoviç

25 Dekabr 2023 08:52
Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna ilə Rusiya Federasiyası arasında sülh bağlanandan sonra Qərbə qarşı birgə məhkəmə iddiası qaldırılmalıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç rusiyalı müxalif jurnalist Yuliya Latıninə müsahibəsində deyib.

"İndi Avdeyevka, Çasov Yar üçün bir-birimizi öldürəcəyik, yüzlərlə, minlərlə, onminlərlə qurban verəcəyik. Nə üçün? Bundan Rusiya və Ukrayna nə əldə edir? İki regional mərkəz üçün hər iki tərəfdən minlərlə qurban verməklə nə qazanırıq? Tarixi baxımdan nə əldə etmişik? Biz ətrafımızda dayanan və iki bıçaqlı meymunun bir-birinin üzərinə atılmasını alqışlayan Vaşinqton və Brüsseldən olan dayılarınmı xoşuna gəlirik? Axı, bu bizim nəyimizə lazımdır", - o bildirib.

O qeyd edib ki, Putinlə danışmaq, sülh bağlamaq, daha sonra Qərb ölkələrinə qarşı məhkəməyə müraciət etmək lazımdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.