Dünya

"Ailələrə pul veririk, 190 sm boyunda dayə axtarırlar"

21 Dekabr 2023 20:25
Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərara gəldik ki, gənc anaları pulla təmin edək, onlar da dayə tutub, özləri işə getsinlər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

"Sonra regionlara gedirik, soruşuruq, bu xidmətdən istifadə edirsinizmi? Bizə cavab verirlər ki, yox, bizim qohumumuz, qonşumuz, kəndçimiz dayə ola bilməz, çünki dayənin boyu 1,90 m, çəkisi də ona uyğun olmalıdır. Onun təhsili və ən azı beş il iş təcrübəsi olmalıdır, lakin respublikada belə bir şəxs yoxdur", - o bildirib.

O qeyd edib ki, benefisiarları itirmək olmaz:

"Belə bir fikir var ki, nənələrə niyə pul veririk, onun vəzifəsi elə nəvəsinə qulluq eləməkdir. Hökumətin yanaşması belə olmamalıdır. Biz bir ailəyə girib deyə bilmərik ki, sənin bu vəzifən var, filan borcun var, bunun üçün dövlət sənə heç nə verməyəcək. Bütün bunları ona görə deyirəm ki, qərar qəbul edərkən aydın olsun", - Paşinyan bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.