Dünya

HƏMAS lideri atəşkəs danışıqları üçün Qahirədə

21 Dekabr 2023 11:33
Baxış: 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həmas lideri İsmayıl Haniyə danışıqlar üçün Misirə gedib. İsrailin də HƏMAS ilə yeni razılaşma təklifini Qətərdə danışacağı bildirilir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, HƏMAS liderinin gündəliyində atəşkəs və əsir mübadiləsi var. Haniyə Qahirədə Misir rəsmiləri ilə görüşüb. Həmas Siyasi Bürosunun üzvü Usamə Həmdan da atəşkəslə bağlı bəyanat verib.

O, İsrailin hücumları bitənə qədər danışıqlar aparmayacaqlarını bildirib:

"Davam edən hücumlar əsirlərin azad edilməsinə mane olur. Əgər onların geri qaytarılmasını istəyirsənsə, Netanyahuya izah etməlisən ki, bizim müqavimət gücümüz bitməyəcək".

İsrail mətbuatının məlumatına görə, Təl-Əviv administrasiyası HƏMAS-ın 40 girovu azad etməsi müqabilində münaqişəyə ən azı bir həftə humanitar fasilə verilməsini təklif edib.

Xəbərə görə, İsrail Qətərə HƏMAS ilə yeni məhbus mübadiləsi razılaşması əldə etmək təklifini çatdırıb. HƏMAS-ın 128 girov saxladığı güman edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.