Dünya

Qvineyada yanacaq anbarında partlayış: 18 nəfər öldü

20 Dekabr 2023 07:03
Baxış: 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qvineyanın paytaxtı Konakri şəhərinin mərkəzində yanacaq anbarında baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə hökumətin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, tibb mütəxəssislərinin göstərdiyi səylərə baxmayaraq, daha dörd ölüm hadisəsi baş verib. Nəticədə ölənlərin sayı 18-ə çatıb.

Partlayış hökumət binalarının yerləşdiyi Kalum rayonunda baş verib. Bildirilib ki, hadisənin səbəbini müəyyən etmək və günahkarları məsuliyyətə cəlb etmək üçün araşdırma aparılacaq.

Terminala dəymiş ziyanın həcmi hələlik bəlli deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.