Dünya

Baydenin oğlu məhkəmə qarşısına çıxacaq

19 Dekabr 2023 19:40
Baxış: 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden Kaliforniya ştatının federal dairə məhkəməsi qarşısına çıxacaq.

Milli.Az yenisabah.az- a istinadla xəbər verir ki, proses yanvarın 11-də keçiriləcək.

Dekabrın əvvəlində Hunter Baydenə qarşı vergidən yayınma üzrə 9 ittiham irəli sürülüb. Konkret olaraq, o, 2016-cı ildən 2019-cu ilə qədər olan dövr üçün borclu olduğu ən azı 1,4 milyon dollar federal vergidən yayınma sxemində iştirak etməkdə ittiham olunur. Yəni Amerika liderinin oğlu saxta vergi bəyannamələri verməkdə suçlanır. Onu 17 ilə qədər həbs cəzası gözləyə bilər.

Prokurorlar hesab edirlər ki, Hunter Bayden "vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə" milyonlarla dollar xərcləyib.

O, əvvəllər silahla bağlı 3 cinayətdə ittiham olunub. Prezidentin oğlu odlu silah alarkən yalan danışmaqda və lisenziyalı satıcıya yalan məlumat verməkdə ittiham olunur. Üçüncü ittiham narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunun pozulmasını nəzərdə tutur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.