Dünya

İraqda hərbi helikopter qəzaya uğradı: polkovnik öldü

19 Dekabr 2023 09:59
Baxış: 629
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İraq ordusunun hərbi helikopteri Səlahəddin əyalətinin Hilva hava limanından qalxarkən qəzaya uğrayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə zamanı helikopter heyətinin komandiri, aviasiya polkovniki Mərvan Cəlal həlak olub, pilot, kapitan Alaa Salman yaralanıb.

Qəza əyalət şurası seçkiləri üçün keçirilən təhlükəsizlik missiyası zamanı baş verib.

Hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.