Dünya

Orban Kremlin “Troya atı”dır - Dvorjak

18 Dekabr 2023 22:09
Baxış: 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstan Baş naziri Viktor Orban Avropanın birliyini pozan və Rusiyanın maraqlarını qoruyan "Troya atı"dır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Çexiyanın Avropa işləri naziri Martin Dvorjak deyib.

"Bu gün Orban intensiv və təəssüf ki, getdikcə daha effektiv şəkildə bu birliyi məhv edən və Ukraynaya məhəl qoymamalı olduğumuzu göstərməyə çalışan "Troya atı"dır", - Dvorjak bildirib.

Onun sözlərinə görə, Orban veto hüququndan sui-istifadə etməklə Avropanı şantaj edir:

"Məncə, bunun əsl adı şantajdır. Düşünürəm ki, bu, Macarıstanın deyil, Rusiyanın maraqlarını qorumaq üçün vetodan sui-istifadədir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.