16:28
Küveytin vəliəhdi Şeyx Maşaal əl-Əhməd əs-Sabah yeni əmir elan olunub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Küveytin dövlət televiziyası məlumat yayıb.
Yeni əmirin 83 yaşı var.
Qeyd edək ki, Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib.
-------
12:41
Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Küveyt Televiziyası məlumat yayıb.
Məlumata əsasən, Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun