Küveytin yeni əmiri elan edildi

16 Dekabr 2023 16:28

16:28

Küveytin vəliəhdi Şeyx Maşaal əl-Əhməd əs-Sabah yeni əmir elan olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Küveytin dövlət televiziyası məlumat yayıb.

Yeni əmirin 83 yaşı var.

Qeyd edək ki, Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib.

-------

12:41


Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Küveyt Televiziyası məlumat yayıb.

Məlumata əsasən, Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun