Dünya

İrəvanda daha bir atışma: 3 nəfər yaralandı

16 Dekabr 2023 07:25
Baxış: 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 15-də axşam saatlarında İrəvanda atışma baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ermənistan DİN saat 21:50 radələrində 3 nəfərin güllə yarası isə paytaxt xəstəxanalarından birinə yerləşdirildiyini açıqlayıb.

Yaralananlar 37 yaşlı Serob G., 63 yaşlı Samvel G. və 38 yaşlı Ovannes G.-dir. Onların vəziyyətinin ağır olduğu və hadisənin başvermə səbəbini danışmaq imkanında olmadıqları bildirilir.

Qeyd edək ki, 44 günlük savaş zamanı Ermənistan vətəndaşlarına kütləvi surətdə silah paylamış və bunu özünümüdafiə ilə əlaqələndirmişdi. Hələ o zaman ekspertlər bunun fəsadları olacağını bildirirdi. Ermənistanda silahlı münaqişələr vaxtaşırı olaraq baş verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.