Dünya

Baş nazirlər qapı arxasında qaldı - Video

13 Dekabr 2023 23:07
Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Dauninq-stritdəki iqamətgahının qapısını aça bilməyib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçinin videosunu "The Telegraph" nəşr edib. 

Sunak Niderland Baş naziri Mark Rutte ilə görüşü zamanı içəri girmək istəsə də, qapı bağlı olub. Baş nazirlər təhlükəsizlik işçiləri qapını açana qədər çaşqınlıq içində binaya girmək üçün bir yol tapmağa çalışıblar.

İngiltərə Baş nazirinin ofisi təhlükəsizlik baxımından qapını içəridən bağladıqlarını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.