Dünya

Olaf Şolts AÇIQLADI: “2030-cu ilə qədər...”

2 Dekabr 2023 18:45
Baxış: 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialını 3 dəfə artırmaq lazımdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.

"Bərpa olunan enerjinin yayılması irəliləyir, lakin tələb olunan tempdə deyil", - o qeyd edib.

Kansler vurğulayıb ki, bərpa olunan mənbələrin 3 dəfə genişləndirilməsi və 2030-cu ilə qədər enerji səmərəliliyinin ikiqat artırılması zəruridir.

O qeyd edib ki, Almaniyada bərpa olunan mənbələrdən istifadənin genişləndirilməsi artıq sürətlənib, lakin indi bu, dünyanın hər yerində baş verməlidir.

O.Şolts bildirib ki, konfransda 35 ölkə və Avropa İttifaqının daxil olduğu iqlim klubunun fəaliyyətə başlaması vacibdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.