Dünya

ÜST Avropada ən sürətlə artan yeni epidemiyanı elan etdi

2 Dekabr 2023 11:07
Baxış: 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropada dünyada ən sürətlə yayılan İİV epidemiyası (İnsanın İmmunçatışmazlığı Virusu) müşahidə edilir, baxmayaraq ki, regionda xəstəliklə mübarizə aparmaq üçün bütün vasitələr mövcuddur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional bürosunun direktoru Hans Kluge məlumat verib.

"Avropa regionunda insanların 50 faizində diaqnoz gec qoyulur. İnsanlar tibbi yardıma çox gec müraciət edirlər. 10 ildir ki, bu tendensiya dəyişmir. Regionumuzun bir sıra ölkələrində ölüm göstəriciləri qəbuledilməz dərəcədə yüksəkdir, digərlərindəisə İİV-ə yoluxma demək olar ki, tamamilə dayandırılıb.

ÜST-nin Avropa Regionunda diaqnostika, müalicə və yoluxmanın qarşısını almaq üçün mövcud resurslar və texnologiyalarla heç kimdə İİV inkişaf etməməli, xüsusən də, heç kim bu xəstəlikdən ölməməlidir", - deyə o, bildirib.

Qeyd edək ki, hər il dekabrın 1-də Ümumdünya İİV-lə Mübarizə Günü qeyd olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.