Dünya

Çində bu infeksiyaya yoluxanların sayı artacaq

26 Noyabr 2023 19:57
Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın gələcəkdə Çində kəskin respirator xəstəliklərə yoluxma hallarının sayı artmağa davam edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fen keçirdiyi brifinqdə bildirib.

"Yaxın gələcəkdə Çində kəskin respirator xəstəliklərin sayı artmağa davam edəcək, bu, müxtəlif növ tənəffüs patogenlərinin üst-üstə düşməsi ilə əlaqədardır"-deyə, o bildirib.

O, aydınlaşdırıb ki, son vaxtlar kəskin respirator infeksiyalara yoluxma hallarının əksəriyyəti qrip virusu ilə bağlıdır, lakin bir sıra xəstələrdə rinovirus (zökəm törədən əsas virus - Qeyd), mikoplazma pnevmoniyası, respirator sinsitial virus (ağciyərləri və tənəffüs yollarını zədələyən yüksək yoluxma qabiliyyətinə malik virus - Qeyd) və adenovirus (yuxarı tənəffüs yollarında kəskin iltihab yaradır - Qeyd) da var.

Ooyabrın 22-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən uşaqlarda tənəffüs xəstəliklərinin artması ilə bağlı əlavə məlumat istəyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.