Dünya

ABŞ-dan ŞOK İDDİA: İran yəhudi milyarderin gəmisinə hücum edib

25 Noyabr 2023 22:09
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailli milyarderə məxsus konteyner gəmisi Hind okeanında üzərkən İrana məxsus olduğu ehtimal edilən PUA tərəfindən hücuma məruz qalıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi AP-yə deyib.

Mənbə bildirib ki, "CMA CGM Symi" gəmisinə hücum cümə günü baş verib:

"Malta bayrağı altında üzən gəmi üçbucaq formasında olan və bomba daşıyan "Şahid-136" PUA-sının hücumuna məruz qalıb. Hücum zamanı PUA partlayıb, gəmiyə ziyan dəyib, lakin onun heyətindən heç kim xəsarət almayıb. Biz vəziyyəti diqqətlə izləyirik".

ABŞ ordusunun nümayəndəsi hücumun arxasında İranın olduğunu güman etməyə imkan verən hansı kəşfiyyat məlumatlarını topladığını dəqiqləşdirməyib:

"Gəminin "Eastern Pacific Shipping" şirkəti vasitəsilə İsraillə bağlılığı olub. Çox güman ki, hücumun səbəbi də bu olub".

Qeyd edək ki, gəmi israilli milyarder İdan Oferin nəzarətində olan və Sinqapurda yerləşən "Eastern Pacific Shipping" şirkətinə məxsusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.