Dünya

KTMT Birləşmiş Qərargahına yeni rəisi təyin edildi - FOTO

23 Noyabr 2023 18:00
Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının yeni rəisi təyin edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu vəzifəyə Rusiya nümayəndəsi, general-polkovnik Andrey Serdyukov təyin olunub.

Andrey Serdyukov KTMT-nin Qazaxıstandakı sülhməramlı qüvvələrinin, 2016-cı il oktyabrından Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanıdır.

Serdyukov həmçinin, Suriyada 2019-cu ilin aprel-sentyabr aylarında Rusiya kontingentinə komandanlıq edib.

Qeyd edək ki, Serdyukova qədər KTMT-nin Birləşmiş Qərargahına Anatoli Sidorov rəhbərlik edib.
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.