Dünya

"Dostluq" ordenli qubernator vəfat etdi

20 Noyabr 2023 08:47
Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Kemerovo vilayətinə 20 il rəhbərlik etmiş Aman Tulayev 80 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə regionun rəhbəri Sergey Tsivilev məlumat verib.

"1997-2018-ci illərdə Kemerovo vilayətinin qubernatoru olmuş, parlaq, qeyri-adi, bütün həyatını Kuzbasa və Rusiyaya xidmətə həsr etmiş Aman Qumiroviç Tuleyev vəfat etdi. Bu, ağır itkidir. O, çətin vaxtlarda vilayətə rəhbərlik edib".

Xatırladaq ki, A.Tuleyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 may 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.