Dünya

“İnsan yox, heyvandırlar” – Ravvin qəzzalılar haqda

11 Noyabr 2023 22:51
Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin nüfuzlu din adamlarından ravvin Meyr Mazuz Qəzzaya humanitar yardıma etiraz edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ravvin ABŞ Prezidenti Co Baydenin Qəzzaya humanitar yardım çatdırmaq çağırışına da qarşı çıxıb.

"Baydenə bildirməliyik ki, düz deyirsən, insanlarla məşğul olsaydıq, Qəzzaya humanitar yardım göndərərdik, amma heyvanlarla məşğul oluruq.

Humanitar yardım göstərmək üçün ərəblərə çox güvəndik. Guya kasıb olduqlarına və yeməyə heç nələri olmadığına görə elektrikə, yemək və şirin kartofa ehtiyacları varmış. Belə çıxır ki, heç nəyə ehtiyacları yoxdur, yalnız İsrailə zərər vermək istəyirlər", - Mazuz bildirib.

78 yaşlı Meyr Mazuz Səfərad yəhudiləri tərəfindən qurulan ultra-dindar Şas Partiyasının ruhani lideri hesab olunur. 1984-cü ildən bəri İsraildə qurulan hakim koalisiyaların əksəriyyətində yer alan Şas Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin ortağıdır, hazırda İsrail parlamentində 11 deputatla ölkənin dördüncü ən böyük partiyasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.