Dünya

Məşhur bloger Ramzan Kadırovun oğlunu döyüşə çağırdı - VİDEO

11 Noyabr 2023 08:39
Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanlı bloger Oljas Rahimjanov Ramzan Kadırovun oğlu, 15 yaşlı Adam Kadırovu MMA qaydalarına uyğun döyüşə çağırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Oljas Rahimjanov bu barədə video yayıb.

Qeyd edək ki, Çeçenistan Respublikasının hazırkı başçısı Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov atasının təhlükəsizlik xidmətində "vacib" bir vəzifəyə təyin edilib.

Onun haqqında son zamanlar olduqca şişirdilmiş xəbərlər yayılır. Onun güya qeyri-adi istedada malik olması, xüsusi bacarıqlara sahib olması haqqında geniş təbliğatlar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.